Hyundai tələbə adı qazananların sevincinə şərik olur! Ali məktəblərə bu il daxil olanlar qəbul imtahanında topladıqları balların 2 misli məbləğində Hyundai-dan endirim alacaqlar. Toplanan bal nə qədər yüksək olarsa, endirim bir o qədər çox olacaq! Bu, çoxillik zəhmətləri qarşılığında Hyundai şirkətinin Azərbaycan gənclərinə etdiyi təşəkkürdür.
Sentyabrın 30-dək davam edəcək kampaniya bu vaxtadək Auto Azərbaycan şirkətinin anbarında mövcud olan və satışa təqdim edilən bütün Hyundai minik avtomobillərinə aiddir. Kampaniyada iştirak etmək üçün tələbə TQDK tərəfindən verilən iş nömrəsi, həmin vaxt üçün etibarlı şəxsiyyət vəsiqəsi, ali məktəbə qeydiyyatdan keçməsini təsdiq edən sənədlə Auto Azərbaycan şirkətinə və ya istənilən rəsmi Hyundai dilerinə yaxınlaşa bilər. Kampaniya çərçivəsində həm nağd, həm də kredit şərti ilə avtomobil almaq mümkündür. Avtomobil alarkən tələbəyə qəbul imtahanında topladığı balın iki mislinin manat ekvivalentində endirim təqdim edilir.
Hyundai-ın yeni kampaniyası övladlarına “Universitetə daxil ol, sənə maşın alacağam” deyib, söz verən valideynlərin də qayğısını azaldır. Şirkət bu kampaniyanı həm də cəmiyyətə savadlı övladlar bəxş edən ailələrə hədiyyə kimi təqdim edir.
Belə ki, kampaniya çərçivəsində alınacaq avtomobil tələbənin özündən başqa, birinci dərəcəli qohumlarının adına da rəsmiləşdirilə bilər.