(R) “Çto? Qde? Koqda?” bu dəfə Unibank-da
28 yanvar 2013 16:42 (UTC +04:00)

(R) “Çto? Qde? Koqda?” bu dəfə Unibank-da

Unibankın əməkdaşları və partnyorları arasında “Çto? Qde? Koqda?”

intellektual yarışması keçirilib. 40 komandanın qatıldığı yarışmada komandalar 60

sualı cavablandırıblar. İştirakçı komandalardan 31-i Unibankın əməkdaşları, 9-

u isə partnyor şirkətlərin nümayəndələrindən ibarət olub. İntellektual yarışmaya

Unbankın baş ofisi ilə yanaşı, bütün paytaxt və bölgə filiallarının əməkdaşları

qatılıb. Partnyor şirkətlərdən isə Embawood, DNS, Arçelik, Ideal, Romantic,

World Telecom, Business Insight, Atəşgah və Milli Kart öz komandaları ilə

yarışmada iştirak ediblər. Oyunun suallarını, bu məhşur oyunun baş prodüsseri

olan Balaş Qasımovun komandası hazırlayıb.

 

Unibankın əməkdaşları ilə tərəfdaşlarını bir araya gətirən yarışmada, həyəcanlı

anlar yaşanıb. Əsas məqsədin bilikləri yoxlamaq deyil, əməkdaşlı-tərəfdaşlı

Unibank ailəsinə intellektli-əyləncəli bir gün yaşatmaq olduğu hədəflənən tədbirin

sonunda, sualları düzgün cavablandıran 3 komanda qalib seçilib. Xal hesabına

görə, Unibankın ən fəal tərəfdaşlarından olan “Romantic” geyim mağazaları

şəbəkəsinin komandası 1-ci yeri tutub. Üçlüyün digər qalibləri isə Unibankın

əməkdaşları olub. “Maliyyə” komandası 2-ci, “Marketinq” komandası isə 3-cü yeri

qazanıblar. Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar