Bakı Nəqliyyat Agentliyi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçına azarkeşlərin daşınması üçün də ekspress avtobuslar təşkil edəcək.
Bu barədə Lent.az-a BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
M. Ağayev həmçinin deyib ki, Bakı Nəqliyyat Agentliyi "Qarabağ"-"Roma" qarşılaşması günü ekspress xətt avtobuslarının işinin normal təşkil edilməməsi, oyundan sonra sərnişinlərin stadiondan çıxışı zamanı avtobusların olmaması ilə bağlı iddialara cavab olaraq videogörüntü yayıb. Avtobuslardakı müşahidə kameralarının görüntülərində ekspress xətt üzrə avtobusların oyundan əvvəl və sonra da azarkeşlərin daşınmasını yerinə yetirdiyi göstərilir. Görüntülərdən də bəlli olduğu kimi, ekspress xətt avtobusundan istifadə edən əlil azarkeşlər də qaydalara uyğun şəkildə daşınıb.