[b] Məktəblinin bıçaqlanması ilə bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA [/b]
06 iyun 2017 17:15 (UTC +04:00)

[b] Məktəblinin bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA[/b]

 

Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən  85 saylı tam orta məktəbin rəhbərliyi 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirir.

 

 

Lent.az-ın sorğusuna cavab verən məktəb rəhbərliyi bildirib ki, təhsil müəssisəsində heç bir bıçaqlanma hadisəsi baş verməyib: "İyunun 5-də 85 nömrəli tam orta məktəbdə XI sinif şagirdi Hacıyev Tərlan  Vasif oğlu tənəffüs vaxtı dondurma almaq üçün mağazaya getmək məqsədilə məktəb hasarını aşarkən ayağını şüşə kəsib və qanaxma baş verib. Şagirdə müvafiq köməklik göstərilib və təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya göndərilib. Hazırda şagirdin vəziyyəti normaldır".

 

 

Qeyd edək ki, bu gün 85 saylı tam orta məktəbdə bıçaqlanma hadisəsinin olması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilib ki, 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255

Oxşar yazılar