Kürdəmirdə səhiyyə ocaqlarının fövqəladə hallara hazırlığı ilə bağlı təlim keçirilib
05 fevral 2013 17:15 (UTC +04:00)

Kürdəmirdə səhiyyə ocaqlarının fövqəladə hallara hazırlığı ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhiyyə ocaqlarında gecə yoxlamaları və təlimlər keçirilib. Kürdəmir rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə çıxış edən FHN-in Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi polkovnik-leytenant Rəşad Əbilov, rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov bildirib ki, təlimin keçirilməsində əsas məqsəd gecə saatlarında növbəli iş rejimində işləyən dövlət müəssisələrində, o cümlədən xəstəxanalarda çalışan işçilərin və oradakı sadə insanların fövqəladə hallara, xüsusən də yanğın, qaz partlayışları, dəm qazından zəhərlənmə hallarına qarşı hazırlıq vəziyyətini yoxlamaq, belə hadisələr baş verərsə ilk olaraq hansı işlərin görülməsi barədə maarifləndirmə işləri aparmaqdır.

 

Təlimdə yanğın nəzarəti idarəsinin 41 zabiti, 60 səhiyyə işçisi, idarə və təşkilatların məsul işçiləri iştirak edib. İlkin olaraq səhiyyə işçilərinə standartlara uyğun olmayan və nasaz olan qızdırıcılardan yarana biləcək təhlükəli vəziyyətlər izah olunub. Yanğın hadisələri, dəm qazından zəhərlənmə, eləcə də qaz partlayışlarının əsasən hansı cihazlardan baş verdiyi əyani surətdə tibb işçilərinə göstərilib. Sonra isə xəstəxanada gecə vaxtı baş verən hadisələrə müdaxilə, tibb işçilərinin davranışı, hadisələr zamanı işçi personalın və xəstələrin təhlükəli binalardan köçürülməsi yolları praktiki olaraq təlim zamanı göstərilib.

 

Xəstəxana binasında şərti olaraq yanğın törədilib, oradan insanların köçürülməsi təşkil olunub və şərti hadisədən zərərçəkənlərə yerindəcə tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar