Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib - YENİLƏNİB
29 noyabr 2013 16:18 (UTC +04:00)

Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib - YENİLƏNİB

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.


 

APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baş tutan qəbulda Cəlilabadla yanaşı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri, eləcə də həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda fövqəladə hallar zamanı ev və obyektlərinə ziyan dəyən sakinlərin təmir və kompensasiya ilə bağlı problemləri dinlənilib.

 

Ümumilikdə 100-dək vətəndaş qəbul edilib.

 

FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Şikayətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar