Şagirdlərə 15 manata "İrs" satılır
17 dekabr 2014 15:31 (UTC +04:00)

Şagirdlərə 15 manata "İrs" satılır

0

Bir qrup valideyn tərəfindən Lent.az-a şikayət daxil olub. Şikayətdə qeyd olunur ki, Solmaz Amanovanın müəllifi olduğu (Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi  təsdiq edilib) "İrs" kitabı 160 saylı Klassik gimnaziyasında və digər məktəblərdə hər bir şagirdə 15 manat məbləğində satılır.  “Qeyd olunan kitab bir şagirdə hər il satılır. Valideynlərin isə bu kitabı almağa maddi imkanı yoxdur".

Lent.az-ın əldə etdiyi məlumata görə, “İnsan iz qoyur” , “İRS” Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilib. 2005-ci ildən 160 saylı Klassik gimnaziyasında Solmaz Amanovanın yaratdığı “İRS” fənni tədris olunur. Azərbaycanın bir sıra bölgələrində və Bakı şəhərinin ümumtəhsil məktəblərində S. Amanovanın rəhbərliyi ilə təşkil edilmiş “İRS” dərnəklər və fakültativ məşğələlər fəaliyyət göstərir.

AYB üzvü S. Amanova 2006-cı ilin dekabr ayından Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzinin Səbail-Yasamal-Qaradağ bölməsində ibtidai siniflər üzrə metodist vəzifəsinə təyin edilib.

 

Lent.az-ın əməkdaşı məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məsələ ilə bağlı Tədris resursları şöbəsinin mövqeyi öyrənilərək, Lent.az-ın sorğusuna cavab veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar