<b>"Formula 1" zamanı bu avtobuslar gecə saat 2-yə qədər işləyəcək - <span style="color:red;">SİYAHI </b>
19 iyun 2017 12:06 (UTC +04:00)

"Formula 1" zamanı bu avtobuslar gecə saat 2-yə qədər işləyəcək - SİYAHI

0

 

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.  Beləliklə 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək  sərnişinlərə xidmət göstərəcək.

 

Agentliyin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar