“Evlilik ciddi bir məsələdir və bunu gülünc hala gətirmək özü gülünc bir hərəkətdir”.
Bunu İlahiyyatçı Elşad Miri ölkə gündəminə düşən və müzakirələrə səbəb olan Goranboyda itlərə toy edilməsi hadisəsinə münasibət bildirərkən deyib.
E.Miri bildirib ki, nə İslam dinində, nə də başqa dinlərdə heyvanların evləndirilməsi ilə bağlı hansısa bir məqam var: “Nə bizim dində, nə də başqa dinlərdə belə bir şey var ki, bunun qadağan və ya günah olduğu barədə nə isə deyək. Deyə bilmərik ki, hə, vaxtilə Məhəmməd peyğəmbər də dəvələri evləndirmişdi. Ümumiyyətlə, evlilik hüquqi, ictimai əhəmiyyət kəsb edən ciddi bir məsələdir. Nəsil artımı üçün xüsusi əhəmiyyət kəsb edir”.
E.Miri əlavə edib ki, din sadəcə evliliyin hüquqsuz qurulmamasını buyurur: “Evlilik iki tərəf arasında bağlanan dini bir əqddir. Bunu gülünc hala gətirmək isə həmin insanın öz davranışının nəticəsi sayılır”.