<b>Səidə Qocamanlı beynəlxalq təşkilatları qınadı</b>
27 mart 2019 16:20 (UTC +04:00)

Səidə Qocamanlı beynəlxalq təşkilatları qınadı

Helsinki Vətəndaş Assambleyasının Bakı ofisində "Ədalət naminə" həmrəylik komitəsinin növbəti iclası keçirilib.
 
ONA-nın xəbərinə görə, jurnalist Əvəz Zeynallı deyib ki, iclasda martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı müzakirə ediləcək.
 
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı bildirib ki, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı digər sərəncamlardan fərqlənir. Onun sözlərinə görə, sonuncu əfv sərəncamı ilə 10 il azadlıqdan məhrum edilən, əfv ərizəsi yazmayan məhbuslar belə əfv ediliblər: "Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun siyahısında olanlardan ümumilikdə 61 nəfər əfv edilib. Yanvar ayından mart ayına qədər bizim siyahımızda olan 6 nəfər azadlığa buraxılmışdı. Martın 16-da imzalanan sərəncamla bizim siyahımızdakı 55 nəfər əfv edilib".
 
Sonuncu sərəncamla ömürlük azadlıqdan məhrum edilən 3 nəfərin əfv edildiyini vurğulayan S.Qocamanlı jurnalist Seymur Həzi və digərlərinin gələcəkdə məhkəmə yolu ilə azad olunacağına inandığını bildirib.
 
Hüquq müdafiəçisi beynəlxalq təşkilatların Leyla Yunus və Xədicə İsmayıldan fərqli olaraq, Gözəl Bayramlının azadlığa çıxması üçün zəif iş apardıqlarını, onun azadlığa çıxması üçün işin əsasən yerli hüquq müdafiəçiləri tərəfindən aparıldığını vurğulayıb.
 
Vəkil Elçin Sadıqov sonuncu əfv sərəncamını irəliyə doğru atılmış addım kimi qiymətləndirib.
 
İclas müzakirələrlə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166
avatar

Oxşar yazılar