Cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində keçirilib. Bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.
Səngərdə yuxu arteriyasından güllə yarası almış əsgərimiz ambulans-helikopter ilə operativ şəkildə xəstəxanamıza köçürülmüş və ayaq damarının venasından 4 santimetrlik bir hissə beyinə gedən arteriya ilə tamamən dəyişdirilmişdir, xəstə evə yazılmışdır.
Anar Əmrahın sözlərinə görə, bu çox ciddi əməliyyat olub. Riskli olmasına rəğmən öhdəsindən uğurla gəlinib. Yaralı əsgərin çənəsindən qəlpə dəyərək arteriyasının böyük qismini qırıb. Onun ayağından vena damarından götürərək bərpa olunub.