Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi dərslikləri yararsız hesab etməsi barədə məlumat yayıldığı bir zamanda Təhsil Nazirliyində mövzu müzakirəyə çıxarılacaq. Lent. az-ın məlumatına görə, bunu Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, bu gün nazirlikdə dərsliklərlə bağlı iclas keçiriləcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə lent. az-a açıqlamasında məlumatı təkzib edib: “Bu gün nazirlikdə dərsliklərin müzakirəsi olmayacaq. Məlumat yalandır”.
Qeyd edək ki, respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinə dair yekun rəyə Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi cavab göndərib.
Şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədi ilə TQDK dərsliklərlə bağlı yekun rəy ilə yanaşı, nazirliyin rəsmi cavabları da TQDK-nın rəsmi saytında yerləşdirilib.
Anar Məcidzadə