Ali Neft Məktəbində “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı olub
03 aprel 2015 11:07 (UTC +04:00)

Ali Neft Məktəbində “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı olub

Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı keçirilib. Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və “REN GROUP” MMC-nin nümayəndələri  iştirak ediblər.

 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fəndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruri olduğunu göstərdiyini bildirib.

 

E. Qasımov bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-də tətbiq olunduğunu qeyd edib.  Rektor digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə gətirdiyini vurğulayaraq, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiq olunması digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcəyini dedi. Sistem haqqında qısa məlumat verən E. Qasımov, sistemin turniket və biometrik cihazların bir-biri ilə bir başa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və  davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izləri götürülərək sistemə daxil edildiyini bildirib.

 

“Biometrik elektron qeydiyyat  sistemi” layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə haqqında təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə nə cür müsbət təsirləri olacağı haqqında məlumat verilib.

Sonda tələbələrin layihə ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Qeyd edək ki,  biometrik elektron qeydiyyat sistemi “REN GROUP”  MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar