Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq.
APA-nın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.
Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanında hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni Ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.