Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə 2014-cü il iyunun 3-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri dünən saat 17:00-dan etibarən TQDK-nın internet saytında elan olunub.
İmtahanda iştirak etmək üçün 1931 namizəd qeydiyyatdan keçib. 541 namizəd imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 1390 namizəddən 76 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb. Ən yüksək nəticə 84 bal olub.