<b>Təhsil naziri universitetlərin yeni statusundan danışdı </b>
29 iyun 2017 11:48 (UTC +04:00)

Təhsil naziri universitetlərin yeni statusundan danışdı

Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısının müvafiq sərəncamı ilə Bakı Dövlət Universiteti, İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin publik hüquqi şəxs elan edilməsinə münasibət bildirib.

 

Lent.az-ıbn məlumatına görə, M. Cabbarov deyib ki, bununla universitetlərdə hüquqi-təşkilati formann dəyişdirilməsi, ölkə qanunvericiliyinin tələbləri ilə uyğunlaşdırılması prosesi müşahidə edilir.

 

M. Cabbarovun sözlərinə görə, həmin qərarla universitetlərin daxili idarəetmə strukturları bu proses çərçivəsində dəyişdirilir, nizamnamələrdə müvafiq dəyişiklər edilir və yeni idarəetmə strukturları tətbiq olunur.

 

Nazir qeyd edib ki, aparılan struktur dəyişiklikləri daha dayanıqlı, ölkədaxili və regional səviyyədə rəqabət apara bilən universitetlərin yaradılmasına, burada fəaliyyət göstərən müəllim, professorların və təhsil alan tələbələrin öz potensialını tam şəkildə reaallaşdırımasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234

Oxşar yazılar