
Prezident bu yolun tikintisinə pul ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, Sərəncama əsasən iyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12