[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Aprel[/b]
27 aprel 2016 20:12 (UTC +04:00)

[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Aprel[/b]

 
 
 
GÜNÜN ŞƏRHİ
 
Azərbaycanda mülki şəxslərin telefon danışıqları əsasında hazırlandığı iddia olunan rolik bir neçə mətləbdən xəbər verir. Birincisi, bu fakt Ermənistanın informasiya müharibəsində imkanlarının nə qədər tükəndiyini göstərir. İkincisi, Ermənistan rəhbərliyi informasiya müharibəsini artıq Azərbaycana qarşı deyil, öz cəmiyyətinə qarşı aparır. Məsələn, Gəncəyə üç mərmi düşdüyü barədə telefon danışığı təbii ki, Azərbaycanda çaxnaşma yaratmağa hədəflənə bilməz, informasiya texnologiyaları dövründə bu cür yalanların ömrü heç 40 saniyə də çəkmir. Demək ki, rəsmi İrəvan bu cür yalanlarla öz cəmiyyətində əhval-ruhiyyəni yuxarı qaldırmağa ehtiyac duyur. Və demək ki, “dördgünlük müharibə”dən sonra erməni cəmiyyətində ciddi ruh düşkünlüyü və hakimiyyətə qarşı sərt bir etiraz var. Gerçəklik budur və digər bir gerçəklik bu cür ucuz təbliğatın məhz ermənilər tərəfindən ifşa olunmasıdır. Bunun üçün Ermənistan Müdafiə Nazirliyinin yaydığı, siyasi və texniki baxımdan son dərəcə qeyri-peşəkarcasına hazırlanmış bu rolikin sosial şəbəkələrdə müzakirəsi zamanı səslənən fikirlərə nəzər salmaq kifayətdir. “Bu cür üsullarla evdar qadınları aldada bilərsiniz”, “Bu cür üsullar  Müdafiə Nazirliyinin mətbuat katibinə yaraşmaz”, “İtkilərimizdən niyə xəbər vermirsiniz, bu cür yalanları yaymaqda məqsədiniz itkiləri gizlətməkdir” və s. Bu fikirlərin müəllifi hansısa azərbaycanlı deyil, Torosyan, Petrosyan, Qabrielyan və digər “yan”lardır. Bundan artıq şərhə ehtiyac yoxdur. 
 
Vüqar MƏSİMOĞLU

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar