[b]Magistraturaya ixtisas seçimi başlayıb[/b]
09 iyun 2017 09:10 (UTC +04:00)

[b]Magistraturaya ixtisas seçimi başlayıb[/b]

0

 

 

İyunun 9-dan 19-dək ali məktəblərin magistratura səviyyəsinə internet vasitəsi ilə ixtisaslaşma seçimi başlayıb.

 

Lent.az-ın məlumatına görə, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

 

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb.

 

5541 yer (71.88 %) Azərbaycan bölməsi, 702 yer (9.11 %) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
 

Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23 %) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar