[b]Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirib[/b]
20 iyun 2017 14:52 (UTC +04:00)

[b]Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirib[/b]

0

 

İyunun 20-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
 
 
FHN_nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
 
Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar