[b]Həftənin ilk iş günü üçün HAVA PROQNOZU[/b]
19 noyabr 2017 12:10 (UTC +04:00)

[b]Həftənin ilk iş günü üçün HAVA PROQNOZU[/b]

Ekologuya və Təbii Sərvətlər Nazirliyi noyabrın 20-də ölkədə gözlənilən hava şəraitini açıqlayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə  10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 759 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.      

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı proqnozlaşdırılır. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti,  gündüz 8-13° isti olacağı gözlənilir.

# 218
avatar

Oxşar yazılar