Ələt-Astara avtomobil yolunda körpü çöküb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Mahmudçala gölü yaxınlığındakı kollektorun üzərində yerləşən körpünün bir hissəsi çöküb. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hazırda müvafiq qurumlar alternativ yolun çəkilişinə başlayıb.