Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 107 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən 3 iclasda ümumilikdə 357 müraciət müzakirə olunub və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.