[b]ƏƏSMN-nın artan səlahiyyətləri təsdiqləndi[/b]
06 sentyabr 2016 17:56 (UTC +04:00)

[b]ƏƏSMN-nın artan səlahiyyətləri təsdiqləndi[/b]

0

 

Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin artırılan səlahiyyətləri təsdiqlənib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişikliyə əsasən, həmin sərəncamın 8-ci hissəsi, yəni Dövlət Sosial Müdafiə Fondunun strukturu ləğv olunub.

 

"Əmək pensiyaları haqqında” qanunun tətbiqi ilə bağlı fərmana edilən dəyişikliyə əsasən, qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 30.1-ci (birinci və ikinci cümlələrində), 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri, "Sosial müavinətlər haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda edilən dəyişikliklərə əsasən isə qanunun 10.1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar