![[b]Bayramadək 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək[/b]](https://lent.az/storage/news/2019/march/11/big/d06e893185e17813ca48cc4d6fcbcf49.jpg)
[b]Bayramadək 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək[/b]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.
İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06