![[b]57 adda dərman dövriyyədən çıxarıldı[/b]](https://lent.az/storage/news/2019/march/06/big/d1266b442a2551e9f3429ad81cff0baf.jpg)
[b]57 adda dərman dövriyyədən çıxarıldı[/b]
Ötən il aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yoxlamalar dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılıb.
Ümumilikdə əczaçılıq şirkətləri tərəfindən ölkəmizə idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülüb və laborator müayinədən keçirilib.
Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb. Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.
Ötən il eyni zamanda, Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb.
Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12