![[b]2018-ci il üçün fəsillərin gəlmə vaxtı müəyyənləşib[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]2018-ci il üçün fəsillərin gəlmə vaxtı müəyyənləşib[/b]
0
0
Azərbaycanda 2018-ci il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, yaz fəslinin ölkəmizə gəlişi martın 20-də Bakı vaxtı ilə saat 20:15-ə təsadüf edəcək.
Yay iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də, payız sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də, qış fəsli isə dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də başlanacaq.
0
0