Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
![[b]1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə verildi[/b]](https://lent.az/storage/news/2019/march/19/big/1ae4cdfefeee6d9a5ece0727ffb86000.jpg)
[b]1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə verildi[/b]
Məlumata görə, bu istiqamətdə mühüm addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi. Artıq həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.
Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfər təşkil edir. Ötən il noyabrın əvvəlllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu günədək artıq 5491 şəhidin 7894 vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49