"Azərsu"ya 14 milyon manat ayrıldı
17 mart 2017 18:03 (UTC +04:00)

"Azərsu"ya 14 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

 

Lent.az-ın AzərTac-a istinadən  məlumatına görə, sərəncama əsasən, əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14 milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar