"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb
06 sentyabr 2017 18:33 (UTC +04:00)

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

0

 “ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminin vaxtı uzadılıb.

 

 

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür.

Sentyabrın 11-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər.

İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.

Qeyd edək ki, 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar