“Azərbaycanda elmin sosial problemləri diqqət mərkəzində olub”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.
Akademikin sözlərinə görə, AMEA yataqxanasının yerində alimlər üçün yaşayış binaları inşa olunur: “Bu məsələ artıq yekunlaşmaqdadır. Biznesmenlər, iri holdinq rəhbərləri AMEA-ya diqqəti artırıblar”.
A. Əlizadə deyib ki, AMEA-da Qafqazşunaslıq İnstitutunun yaradılması da çox mühümdür: “Azərbaycan Qafqazda yerləşdiyi halda, alimlərimiz nə üçün bu regionla bağlı araşdırma aparmasınlar. Bilirsiniz ki, bədnam qonşularımız da bu regionda yerləşir. Bu baxımdan adıçəkilən institutun yaradılması vacib idi”.
“Alimlərimiz özü qazanmalıdır. Bunun üçün innovativ elm inkişaf etdirilməlidir. Bu, həm mənim, həm də alimlərimizin fikridir”-deyə, AMEA prezidenti əlavə edib.