Xəstəlikdən əziyyət çəkən kəşfiyyatçının məsələsi MM-də qaldırılıb
18 noyabr 2017 14:20 (UTC +04:00)

Xəstəlikdən əziyyət çəkən kəşfiyyatçının məsələsi MM-də qaldırılıb

0

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə ağır xəstə olan kəşfiyyatçının  məsələsini qaldırıb.

 

Lent.az-ın məlumatına görə, millət vəkili parlamentin iclasında bildirib ki, bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan  qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında iştirak edib.  

 

Q.Paşayeva bildirib ki, təqdimatda qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq bildiriblər ki, 8 nəfərlik qrupdan sadəcə bir nəfər  Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir: “A. Əhmədovun ciddi əməliyyata ehtiyacı var. 7 qəhrəman şəhidin anası övladlarının qoxusunu ondan alır və xahiş edirlər ki, onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldıraq və və dəstək olaq.  Aqil Əhmədovla görüşmüşük doğrudan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Ümid edirik ki, Səhiyyə və Müdafiə Nazirliyi şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar