Xətaidəki sürüşmə sahəsində tədqiqat işlərinə başlanıldı
30 iyul 2013 15:28 (UTC +04:00)

Xətaidəki sürüşmə sahəsində tədqiqat işlərinə başlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Xətai rayonunun Nəsrəddin Tusi küçəsi ilə Gəncə prospekti arasındakı yamacda yerləşən sürüşmə sahəsində genişmiqyaslı tədqiqat işlərinə başlanılıb.


 

Bunu APA-ya açıqlamasında ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. O bildirib ki, sürüşmə sahəsində yerləşən yaşayış massivində kompleks-geoloji tədqiqatlar dövlət sifarişinə əsasən həyata keçirilir: “Ərazinin dayanıqlığı təmin etmək məqsədilə aparılan tədqiqatlar 10 gündür başlayıb və bu proses avqustun sonu-sentyabrın əvvəllərinə kimi davam edəcək. İşlər yekunlaşandan sonra hesablama işləri aparılacaq və tədqiqat işlərinin nəticələri oktyabr-noyabr aylarında açıqlanacaq. Bu gün üçün tədqiqatların aparılması üçün ən vacib ərazi həmin sürüşmə zonasıdır. Növbəti dəfə tədqiqatların hansı ərazidə aparılması Tusi küçəsi ilə Gəncə prospekti arasında yerləşən sürüşmə sahəsində işlər başa çatandan sonra məlum olacaq”.

 

B.Qaralov qeyd edib ki, nazirlik tərəfindən əhalinin daxil olan müraciətlərinə əsasən,  paralel olaraq rayonlardakı sürüşmə zonalarına baxış keçirilir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar