“Yeni Üfüq” Astarada tədbir keçirib
17 dekabr 2014 12:30 (UTC +04:00)

“Yeni Üfüq” Astarada tədbir keçirib

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkə boyunca “Milli adət ənənələrimiz və müasirlik” adlı silsilə tədbirlərə start verib. Lent.az-ın məlumatına görə, Astara şəhərində keçirilən tədbirin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, milli adətlərimiz, eləcə də mənəviyyata söykənən insani prinsiplərin təbliğidir.

 

Birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, hazırda bu istiqamətdə dövlət tərəfindən müəyyən addımlar atılır: “Biz də təşkilat olaraq, dövlət siyasətinin milli-mənəvi dəyərlərlə bağlı prioritet istiqamətlərinin vətəndaşlara çatdırılmasında həyata keçirilən maarifləndirmə işlərinə dəstək oluruq”.

 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün dövlət tərəfindən milli və mənəvi dəyərlərin qorunması,  adətlərimizin mühafizəsində müsbət addımlar atılır. Onun sözlərinə görə, həm də Azərbaycanda təkfirçi qüvvələrin qol-qanad açmasına imkan verilmir: “Çünki, artıq vətəndaşlarımız, o  cümlədən gənclərimiz doğru maarifləndirmə işi nəticəsində nələrin yanlış, nələrin doğru olduğunu aydın şəkildə başa düşür”.

 

Qeyd edək ki, tədbirdə Astara rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, Mirzə Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Astara şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Kijəbə qəsəbə məscidinin dini icmasının sədri və imamı Ələkbər İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər və mövzu ətrafında fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar