Yaxın iki gündə respublika ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, fevralın 15-16-da paytaxt ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə mülayim cənub küləyi əsəcəyi proqnozlaşdırılır. Gündüz mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Fevralın 16-da bəzi yerlərdə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı, axşama doğru havanın tutulacağı proqnozlaşdırılır. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 15-də havanın yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, arabir güclənən şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.
Fevralın 16-da havanın dəyişkən buludlu, gecə və axşam yağıntılı olacağı gözlənilir.
Jalə