“Xarici ölkələrin serialları bizə lazım deyil”
21 may 2013 16:55 (UTC +04:00)

“Xarici ölkələrin serialları bizə lazım deyil”

“Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq bizi seriallar üçün ayrılan vəsaitin xərclənməsi narahat edir”.

 

Lent. az-ın verdiyi məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli bunu bu gün teleserialların çəkilişi ilə bağlı prodakşn rəhbərləri ilə görüşdə söyləyib.

 

Nuşirəvan Məhərrəmli deyib ki, bəziləri elə bilir ki, pul alıb kino çəkir, bununla da iş bitir: “Əslində belə deyil. Biz dünya standartlarına uyğun filmlərin, serialların çəkilməsi istiqamətində çalışacağıq”.

 

Sədr qeyd edib ki, dövlət hər il film və teleseriallar üçün vəsait ayırmağı öz üzərinə götürməyib: “Gərək hər bir prodakşn özü yaxşı film çəksin və bunu satsın. Hindistan, Braziliya və digər ölkələrin serialları bizə lazım deyil. Biz istəyirik ki, televiziyalar film və seriallar çəkməsinlər, prodakşnların çəkdikləri film və  serialları alsınlar”.

 

Görüşdə iştirak edən bəzi prodakşn rəhbərləri bildiriblər ki, onlarla televiziyalar arasında bir problem mövcuddur. Onların sözlərinə görə, televiziyalara normal ssenarini təqdim edəndə götürmür, reytinq xatirinə bəzən Azərbaycan mentalitetinə, mənəviyyatına uyğun olmayan yüngül filmləri göstərmək istəyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar