“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdir müavini Elnur Seyidova yeni ittihamlar elan olunub.
Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib.
Onun sözlərinə görə, E. Seyidova qarşı Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə yeni ittihamlar elan olunub. Eyni zamanda həmin ittihamlarla bağlı E. Seyidovdan ifadə alınıb. E. Seyidov həmin ittihamların əsassız olduğunu deyib.
Qeyd edək ki, E. Seyidov dələduzluqda ittiham olunaraq həbs edilib.
O, AXCP sədri Əli Kərimlinin qaynıdır.