Fransa Uroloq Mütəxəssisi Dr. Araz Bayramov Zaqafqaziyada ilk dəfə olaraq Cleveland Klinikasında tətbiq olunan tam klampajsız texnika ilə 56 yaşlı qadın xəstədə Laparoskopik Partial Nefrektomiya əməliyyatını yəni Böyrək şişlərinin qapalı tam kəsiksiz üsulla ancaq şiş toxumasının götürülməsi ilə əməliyyatını həyata keçirib. Dr. Araz Bayramov –un qeyd etdiyinə görə bu üsulla Böyrək əməliyyatları ancaq Avropanın ən məşhur Klinikalarında həyata keçirilir.
Qeyd edək ki, Fransa Uroloq Mütəxəssisi Dr. Araz Bayramov Fransanın Lyon şəhərində 6 il müdətində çalışıb, Fransa və Avropa Uroloqlar Cəmiyyətinin aktiv üzvüdür, Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji əməliyyatları başlamış və Bu üsulla Böyrək daşları və anomaliyalarının tam kəsiksiz üsulla müalicəsini həyata keçirir.
Azərbaycan Səhiyyəsində bir çox yeniliklərə imza atmış Dr. Araz Bayramov xüsusən Böyrək daşlarının tam kəsiksiz üsulla çıxarılmasını çox uğurla tətbiqini davam etdirir. Mini Perc adlanan yeniliklə Böyrəkdə olan Mərcanvari daşları ən müasir üsulla çıxardır.
Op. Dr. Araz Bayramov
Fransa Uroloq Mütəxəssisi
Oksigen Kliniki Xəstəxanasının Urologiya Şöbəsinin Müdiri
Fransa və Avropa Uroloqlar Cəmiyyətinin Aktiv üzvü
www.facebook.com/Uroloq tel. 050 234 55 60