Mayın 5-dən etibarən Qaraheybət Təlim Mərkəzində keçirilən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi bu gün başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ssenariyə əsasən, təlimə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter cəlb olunub.
Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.