“Qanun” Nəşriyyatında yoxlamalar dayanıb
04 noyabr 2013 12:48 (UTC +04:00)

“Qanun” Nəşriyyatında yoxlamalar dayanıb

Vergilər Nazirliyi əməkdaşlarının “Qanun” Nəşriyyatında apardığı vergi araşdırmaları dayandırılıb.

 

 Bu barədə Lent.az-a nəşriyyatdan məlumat veriblər.

 

Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları ötən həftəsonu nəşriyyatın mühasibatlıq şöbəsinə aid bütün sənədləri və kompüterləri müsadirə edərək aparıblar. Nazirlik əməkdaşları nəşriyyatının fəaliyyəti ilə bağlı cinayət işinin açılıb-açılmadığı barədə isə nəşriyyat rəhbərliyinə heç bir məlumat verməyiblər.

 

Nəşriyyatdan bildiriblər ki, onlar da qurum barədə cinayət işinin açılıb-açılmadığından xəbərsizdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875
avatar

Anar Gəraylı

Oxşar yazılar