“Özünü tanı, hüququnu bil!”
16 iyun 2014 17:23 (UTC +04:00)

“Özünü tanı, hüququnu bil!”

 

“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi “Özünü tanı, hüququnu bil!” adlı layihəsinin icrasına başlayıb. 

 

Birliyin İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən xəbərə görə, layihənin başlıca məqsədi regionlarda erkən nikahların, ailədaxili zorakılığın qarşısının alınmasına kömək etməkdir. Burada əsas ideya hər bir gənc qızın ana və həyat yoldaşı olmazdan əvvəl qadın və şəxsiyyət kimi formalaşmasının, hər bir insanın özünüdərk prosesinin keçməsinin mütləq olmasının əhəmiyyətinin vurğulanmasından ibarətdir.     

 

Bu məqsədə nail olmaq üçün “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi dörd ay ərzində davam edəcək layihə çərçivəsində Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bir sıra fəaliyyətlərin icrasını nəzərdə tutur.

 

Fəaliyyətlərin əsas hədəfi regionda yaşayan gənc qızlar və yeni ailə qurmuş qadınların maarifləndirilməsi və bu şəkildə məişət zorakılığının qarşısının alınması üçün müəyyən addımların atılmasıdır. Dörd ay ərzində Gəncə-Qazax iqtisadi zonasında mövzu ilə bağlı müxtəlif maarifləndirmə tədbirləri, ictimai müzakirələr aparılacaq, Kəpəz TV-də televiziya proqramı hazırlanacaq. 

 

Layihənin rəhbəri Ayla Əli qızı Həsənovadır.

Əlaqə: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar