“Otelçilik fəaliyyətinin əsasları” kitabı çap olunub
19 aprel 2013 16:44 (UTC +04:00)

“Otelçilik fəaliyyətinin əsasları” kitabı çap olunub

0

 

Bakı Dövlət Universitetində otelçilik fəaliyyətini tədris edən Cəmşid Zeynalovun və BDU-nin xarici ölkələrin iqtisadi siyasi coğrafiyası və turizm kafedrasının müdiri dosent Həbibə Soltanovanın  kitabı nəşr olunub. Lent.az-ın məlumatına görə, kitab “Otelçilik fəaliyyətinin əsasları” adlanır. Kitabda turizm sektorunda ən mühüm hadisə olan otelçilik fəaliyyətinin əsaslarından bəhs olunur. Kitab 17 fəsildən ibarətdir.

 

Fəsillərdə otellərin iş və ştata görə təsnifatı, otellərdə fəaliyyət göstərən şöbələrin vəzifə və funksiyaları, müştərilərlə ünsiyyət və onlara xidmət, eləcə də rezervasiya qaydaları, otellərdə təklif olunan menyuların təsnifatı və verilən tələblər, otellərin idarəolunma formaları barədə əsaslı bilgilər verilib. “Otelçilik fəaliyyətinin əsasları” kitabı oteldaxili şöbələrin iş prinsipləri haqqında Azərbaycanda  yazılmış ilk kitabdır.

 

Kitab turizm və otelçilik ixtisasına yiyələnən bakalavriatlar, magistrantlar, doktorantlar, bu sahə üzrə peşə ixtisası alanlar, otel biznesi ilə maraqlananlar, otellərdə çalışan personal və s. üçün nəzərdə tutulub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3127

Oxşar yazılar