“Nida”çıların məhkəməsi gələn həftəyə qaldı
05 dekabr 2013 13:57 (UTC +04:00)

“Nida”çıların məhkəməsi gələn həftəyə qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvü İlkin Rüstəmzadənin cinayət işi üzrə məhkəmə davam etdirilib.  Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslərdən Rəşadət Axundovla Üzeyir Məmmədlinin vəkilləri gecikdiyi üçün məhkəmə fasilə elan edib.

 

Təxminən bir saat gecikmədən sonra proses  başlayıb. Hakim elan edib ki, məhkəmə prosesi təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edəcək. Bəxtiyar Quliyevin vəkili Cavad Cavadov vəsatət  qaldıraraq, məhkəmədən müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamın aydınlaşdırılmasını xahiş edib. O, B. Quliyeva qarşı  xuliqanlıq maddəsi ilə qaldırılmış cinayət işinin onlara aid olmadığını və məhkəmədən bu ittihamlara aydınlıq gətirməsini istəyib.

Dövlət ittihamçısı isə hakimdən vəkilin vəsatətinin təmin edilməməsini xahiş edib. Hakim vəsatəti əsasız sayıb edib və bunu qəbul etməyib. Hakim B. Quliyevdən ifadə verib-verməyəcəyini soruşub. B. Quliyev isə öz növbəsində şahidlərin dindirilməsindən, sübutların araşdırılmasından sonra ifadə verəcəyini bəyan edib.

 

Bunun ardınca hakimlə vəkil Xaliq Bağırov arasında kəskin mübahisə yaranıb. Hakim vəkilə səsinin tonunun aşağı salmasını tələb edib. Digər vəkillərlə də hakim arasında polemika yaranıb.

 

Hakim isə təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etdiyi üçün istintaq dövründə verdiyi ifadənin elan olunacağını bəyan edib. Bunun ardınca hakim nahar fasiləsi elan edib. O, günortadan sonra başqa prosesin olduğunu qeyd edərək, məhkəmə prosesini dekabrın 10-u, 10.30-a qədər təxirə salındığını bildirib. Qeyd edək ki, növbəti həftədən etibarən, proses həftədə iki dəfə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Anar Gəraylı

Oxşar yazılar