“Üçüncü sector” İctimai Birliyi "Mətbuatın Dostu" mükafatının təqdimatını keçirib. Təqdimat mərasimi Milli Mətbuat günündə təşkil edilib.
APA TV-nin məlumatına görə, millət vəkilləri Qənirə Paşayeva və Rəfael Cəbrayılov
ölkənin siyasi-ictimai həyatında oynadıqları aktiv rola görə "Mətbuatın dostu" mükafatına layiq görülüblər.
Qənirə Paşayeva çıxışında jurnalistlərə özünün də ən böyük arzusuna çatmağı – işqal olunmuş torpaqların azad edilməsi xəbərini verməyi arzulayıb: “İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında bunu edəcəyik”.
Daha sonra müxtəlif sahələr üzrə fəaliyyət göstərən jurnalistlərə mükafatlar təqdim olunub. Jurnalistika fəaliyyətinə görə mükafatlandırılanlar arasında APA TV-nin əməkdaşları da var.