Azərbaycanda həyata keçirilən ən böyük və ən bahalı layihə olan “Khazar İslands” layihəsinin birinci mərhələsinin açılışı gələn ay baş tutacaq.
“APA-Economics”in məlumatına görə, bunu layihəni həyata keçirən “Avesta” konserninin prezidenti İbrahim İbrahimov bildirib.
Onun sözlərinə görə, bir aydan sonra layihənin birinci hissəsinin açılışı mayın 28-də baş tutacaq: “Biz orada çimərliklər, bir restoranın, körpünü və yolları tam təmir edərək istifadəyə verəcəyik”.
İ. İbrahimov deyib ki, bundan başqa, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, Həmçinin, hər biri 5 hektar olan 2 park istifadəyə veriləcək.
“Khazar İslands” layihəsinin icrasına 3 il öncə başlanıldığını xatırladan konsern prezidenti bildirib ki, bu illər ərzində çox böyük işlər görülüb: “Bu müddət ərzində çətinliklərimiz də olub. Sonda qalib gəlmişik. Çünki biz bu işin bilərəkdən altına girmişik və inanırdım ki, bu layihə baş tutacaq”.