Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. Lent.az-ın məlumatına görə, TQDK ali təhsil müəssisələrinin I və IV ixtisas qruplarına qəbul imtahanı vermiş abituriyentlərin imtahan ballarını internet vasitəsilə elan edib. Ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışında “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edilib.
Kitabçada ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.
Azərbaycan dilində olan kitabçanı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq olar, vəsaitin rus dilində nəşrini isə elektron formatda (pdf) www.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.