“ISE Economic Talks”da ilk müzakirə: “Trumponomics”
03 mart 2017 10:12 (UTC +04:00)

“ISE Economic Talks”da ilk müzakirə: “Trumponomics”

 

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin ilk müzakirəsi keçirilib.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, UNEC-in yeni iqtisadi platforması olan “ISE Economic Talks”un ilk görüşündə dünya gündəmində ən çox müzakirə edilən “Trumponomics” mövzusu müzakirəyə çıxarılıb. Mövzu barədə Beynəlxalq İqtisadiyyat Məktəbinin rəhbəri Anar Rzayev çıxış edib.

 

A.Rzayev Trampın “inqilabları”ndan danışaraq, onları elita daxili – siyasi establişment və media, ABŞ oliqarxiyası, eyni zamanda vergi, kapitallar, fiskal, enerji, anti-qlobalizm – populizm, proteksionizm və ksenofobiya inqilabı kimi səciyyələndirib.

 

A.Rzayev bildirib ki, iqtisadi artımın dövlət xərcləri ilə stimullaşdırılması federal büdcə defisitini artıracaq. İnfrastruktur planlar isə FES-in uçot dərəcəsini artırmasına təkan verəcək. Bu, borclanma xərclərini artıracaq və ÜDM-in artmasını əngəlləyəcək, deyə qeyd edib. “ISE Economic Talks” iştirakçıları ABŞ-a yeni sənayeləşmə siyasəti lazımdırmı və post-sənaye paradiqması necə oldu sualları ətrafında fikir mübadiləsi aparıblar.

 

Müzakirədə bildirilib ki, D.Trampın fiskal genişlənmə siyasəti potensial ÜDM-ilə real ÜDM arasındakı fərqi qət edə biləcəyi inandırıcı deyil. ABŞ-da uçot dərəcələri artacaq. Bu daxili investisiyaları əngəlləyəcək, lakin qlobal kapital axınlarının istiqamətini dəyişə bilər. ABŞ proteksionizmi beynəlxalq əmək bazarından iş yerləri almaqla deyil, daxili vergi bazası ilə gəlirlər fərqinin daha da genişlənməsi və qlobal iqtisadiyyatın inkişafının əngəllənməsilə nəticələnəcək. Uçot dərəcələrinin artması monetarizmin yenidən “qayıtmasına” şərait yaradacaq.

 

Bildirək ki, “ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənin ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” də təşkil edilir. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. “ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar