“Həyatverici Lütf” dini icmasının qeydiyyatı ləğv edilib
09 yanvar 2013 18:09 (UTC +04:00)

“Həyatverici Lütf” dini icmasının qeydiyyatı ləğv edilib

Bu gün Ali Məhkəmədə “Jivotvoryaşaya Blaqobat” (“Həyatverici Lütf” dini icması) beynəlxalq bibley təşkilatı dini qurumunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb. Əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki,  “Həyatverici Lütf” dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici Lütf” dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib və dini icmanın ləğvi barədə qərar çıxarıb. . Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Həmin qərardan razı qalmayan icma isə kassasiya şikayəti verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar