Nazirlər Kabinetini “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib. Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı yeni qərarda bildirilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.6-cı bəndin altıncı abzasında, 5.6-cı bəndin ikinci abzasında, “Xəstəliklər cədvəli”nin 44-cü hissəsinin “a” bəndinin onuncu abzasının birinci cümləsində, 3 nömrəli cədvəl - “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “b)” bəndinin “Qeydlər”inin 1-ci hissəsində “hərbi uçotdan çıxarılmaqla” sözləri, 8.3-cü bəndin altıncı abzasında “hərbi uçotdan çıxarılmaqla,” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.
2. 2.9-cu bəndin birinci abzasında “hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilsin.