[b]“Formula-1”ə görə xüsusi briqadalar ayrıldı[/b]
23 aprel 2019 09:29 (UTC +04:00)

[b]“Formula-1”ə görə xüsusi briqadalar ayrıldı[/b]

Bu gündən Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərdə yaşayan əhaliyə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb.
 
Bu barədə ONA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
 
Onun sözlərinə görə, yarışın keçiriləcəyi Bakı Şəhər Halqasının ətrafında – İçərişəhər, Hökumət Evinin yaxınlığında və digər ərazilərdə 8 təcili tibbi yardım briqadası əhaliyə xidmət göstərəcək.
“Şəhər sakinləri və yarışı izləmək üçün Bakıya gələcək qonaqlara tibbi yardım göstərilməsi üçün əlavə briqadaların da cəlb olunması nəzərdə tutulur ki, çağırışları vaxtında və gecikmədən icra etmək mümkün olsun. Bundan başqa, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar tibb müəssisələri gücləndirilmiş iş rejimində çalışacaqlar”, - baş həkim qeyd edib.
 
Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar